- Hadisə
- 12 May 12:14
- 3 213
Sumqayıtda zəncirvari yol qəzası olub

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb.
İlkin məlumata əsasən, “VAZ-2104” markalı minik avtomobili, yük maşını və bir motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.