Ərdoğan İlham Əliyevi belə təbrik etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası zamanı görüşüblər.

AzNews.az Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyə prezidenti İlham Əliyevi növbəti dəfə baba olması münasibətilə təbrik edib.

Daha sonra Əliyev, Ərdoğan və Tokayev çay süfrəsi ətrafına keçiblər. Ərdoğan üzünü Tokayevə tutaraq deyib:

"İlham qardaşımın 9-cu nəvəsi oldu. Mənim də nəvələrimin sayı 9-dur. Gələcəyimiz sağlamdır".