- Qərb
- 21 May 21:11
- 1 107
Tramp Putinlə danışıqlardan sonra Ukrayna nizamlanmasında irəliləyiş olduğunu qeyd edib

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının Ukraynadakı münaqişənin həlli istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib .
"Dünən (19 may – red.) biz prezident Putinlə iki saat yarım danışdıq. Düşünürəm ki, biz müəyyən ciddi irəliləyiş əldə etdik”, - Tramp Ağ Evdə Cənubi Afrika prezidenti Siril Ramafosa ilə görüşü zamanı deyib.
Amerika prezidenti həmçinin qeyd edib ki, Ukrayna münaqişəsi birbaşa ABŞ-yə aid deyil, lakin Vaşinqton onun həlli üçün hərəkətə keçməyə hazırdır.
Mövsüm
Aznews.az