- Hadisə
- 10:55
- 1 863
İtaliya səfiri Kərim Vəliyevlə müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

İtaliyanın Bakıdakı səfiri Luka di Canfrançesko və Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Bu barədə AzNews.az İtaliyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
"İtaliya səfiri CASD (Centro Alti Studi per la Difesa - İtaliyanın Müdafiə sahəsində Ali Araşdırmalar Mərkəzi) rəhbərliyinin Bakıya səfəri münasibətilə müdafiə nazirinin birinci müavini Kərim Vəliyevlə görüşüb. Görüş zamanı müdafiə sahəsində əməkdaşlıq perspektivləri, İtaliya tərəfindən minatəmizləmə üzrə mümkün humanitar yardım, həmçinin Cənubi Qafqazda normallaşma prosesi müzakirə olunub", - diplomatik nümayəndəlikdən bildirilib.
AzNews.az