- Dünyanın halı
- 20 May 20:44
- 1 291
Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarına gəlib

"Avropa Birliyi Suriyaya qarşı bütün iqtisadi sanksiyaları qaldırmağa qərar verdi".
Bu barədə Avropa Birliyinin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas məlumat yayıb.
Suriyanın xarici işlər naziri Şeybani, "Aİ-yə sanksiyaların qaldırılması qərarına görə minnətdarıq. Qərar Suriyada təhlükəsizlik və sabitliyi dəstəkləyəcək",-deyə qeyd edib.
Avropa Birliyi ölkələri Bəşər Əsədin devrilməsindən sonra müharibədən əziyyət çəkən ölkənin bərpasına kömək etmək məqsədilə Suriyaya qarşı bütün iqtisadi sanksiyaların ləğvi ilə bağlı ilkin razılığa gəliblər.
Avropa İttifaqının bu qərarı ABŞ prezidenti Donald Trampın keçən həftə Vaşinqtonun Suriyaya qarşı sanksiyaları ləğv etdiyini elan etməsindən sonra verilib.
Mövsüm
Aznews.az