Çin Aİ-ni Rusiya ilə münasibətlərdə ikili standartlardan əl çəkməyə çağırır

Çin Avropa İttifaqını (Aİ) Rusiya ilə münasibətlərində ikili standartlardan əl çəkməyə çağırıb.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

"Avropa İttifaqı Rusiya ilə ticarət-iqtisadi əməkdaşlıq məsələlərində ikili standartların tətbiqini dayandırmalı və Çin şirkətlərinin qanuni maraqlarını pozmağa son qoymalıdır",- deyə Mao Ninq bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların tətbiqinə baxmayaraq, bir çox ölkələr, o cümlədən Aİ və ABŞ Rusiya Federasiyası ilə ticarəti davam etdirir.

Mövsüm

Aznews.az