• Qərb
  • 21 May 15:57
  •  982

Hollandiyada bıçaqlı hücumda iki nəfər ölüb

Hollandiyada Hofddorp şəhəri yaxınlığında bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub.

Bu barədə "NH Nieuws" portalı yerli polisə istinadən məlumat yayıb.

Məqalədə deyilir: “Hofddorpdakı Fanny Blankers-Koenlaan qəsəbəsindəki evdə bıçaqlanma nəticəsində iki nəfər həlak olub.

Polisin məlumatına görə, iki hüquq-mühafizə orqanı əməkdaşı da yaralanıb. Hadisə yerinə təcili tibbi yardım briqadalarının gəldiyi qeyd edilir. Polis əməkdaşlarının həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur.

Mövsüm

Aznews.az