- Dünyanın halı
- 21 May 16:06
- 1 456
Pakistanda məktəb avtobusunun partlaması nəticəsində 4 uşaq ölüb

Bəlucistanda məktəb avtobusunun partlaması nəticəsində azı 4 məktəbli ölüb, 38 nəfər yaralanıb.
Bu barədə “ Dawn” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Xuzdar komissarının müavini Yasir İqbal Dəşti ölənləri təsdiqləyib və əlavə edib ki, partlayış məktəbli avtobusu sıfır kilometrə yaxın olan zaman baş verib”, - nəşr yazır.
Yaralıların ən yaxın xəstəxanaya çatdırıldığı, hüquq-mühafizə orqanlarının hadisə yerində çalışdığı bildirilib.
Mövsüm
Aznews.az