- Qərb
- 20 May 19:52
- 1 199
Polşa prezidentliyinə namizəd Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyinə söz verib

Müxalifətdə olan “Qanun və ədalət” partiyasından seçkilərin ikinci turuna çıxan Polşa namizədi Karol Navroçki Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməkdən imtina edəcəyinə söz verib.
O, bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
Bildirilir ki, prezidentlik yarışından kənarda qalan Ukrayna əleyhinə olan “Konfederasiya” partiyasının nümayəndəsi Slavomir Menzen iki prezidentliyə namizədi müsahibəyə dəvət edib.
"Söhbət zamanı mən onlardan seçicilərimin gözləntilərinə uyğun bir bəyannamə imzalamağı xahiş edəcəm", - Menzen bildirib.
Mövsüm
Aznews.az