Ermənistanın yeni hökumətinin fəaliyyətindən narazı qalan Dağlıq Qarabağdakı ermənilər kütləvi etiraz aksiyalarına başlayıblar. Ermənistanın yeni hökumətinin fəaliyyətindən narazı qalan Dağlıq Qarabağdakı ermənilər kütləvi etiraz aksiyalarına başlayıblar.

Dağlıq Qarabağdakı ermənilər İrəvana qarşı kütləvi etiraz aksiyalarına başladılar

Ermənistanın yeni hökumətinin fəaliyyətindən narazı qalan Dağlıq Qarabağdakı ermənilər kütləvi etiraz aksiyalarına başlayıblar.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Xankəndidəki etiraz aksiyalarını dayandırmaq üçün Ermənistan Təhlükəsizlik Xidmətinin İrəvandan getmiş əməkdaşları ilə əhali arasında kütləvi qarşıdurma baş verib. Etirazçılar qondarma rejimin “polis rəisi” və “təhlükəsizlik xidmətinin rəhbəri”nin istefasını tələb ediblər. Küçələr bağlanıb, binalar mühasirəyə alınıb. Qondarma rejimin “rəhbərliyi” bəzi şəxsləri istefaya göndərməklə vəziyyəti sakitləşdirməyə çalışır. Lakin erməni mediası tezliklə yeni toqquşmaların başlayacağını yazır.

Baş verən toqquşmanı şərh edən erməni siyasi şərhçi Sarqis Artsruni bildirib ki, Xankəndidəki rejim İrəvandakı köhnə iqtidarın gizli fəaliyyətidir. Heç kimə sirr deyil ki, Dağlıq Qarabağdakı rejim Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən idarə olunur. İrəvanda köhnə rejim dəyişdi, lakin eyni rejimin qalıqları Xankəndidə qalır. Əhalinin etirazının kökündə dərin səbəblər dayanır. Belə ki, Qarabağda əhalinin çətin sosial vəziyyətdə yaşaması burada inqilabı reallaşdırır. Xankəndidəki vəziyyət daha təhlükəli nəticələrə gətirib çıxara bilər. Qondarma “Dağlıq Qarabağ respublikası”nı heç bir ölkə, hətta Ermənistanın özü tanımır. Ona görə də oradakı çaxnaşma heç bir beynəlxalq diqqət cəlb etməyəcək.

AzNews.az