Eyfel qülləsində etiraz aksiyası

Fransanın məşhur Eyfel qülləsinin işçıləri etiraz aksiyası keçirir.

Etiraz aksiyasına görə bu gün turistlərin Eyfel qülləsini ziyarət etməsi mümkün olmayıb. Kassaların açılmasında bir qədər əvvəl etiraz aksiyasının keçirilməsi barədə qərar qəbul edildiyindən turistləri bununla bağlı xəbərdar etmək mümkün olmayıb.

Eyfel qülləsində çalışanların səsləndirdiyi tələblər əmək haqlarını artırılması və əmək şəraitinin yaxşılaşdırılmasıdır. Həmçinin dünyaca məşhur Eyfel qülləsində təhlükəsizlik məsələlərinə də diqqət çəkilir.

Elnarə
AzNews.az