Sarkoziyə verilən ittihamlar öz təsdiqini tapmadı

Fransanın keçmiş prezidenti Nikola Sarkozi daha rüşvət qalmaqda şübhəli bilinmir.

Ölkə prokurorluğunun uzun müddət apardığı istintaq əməliyyatı nəticəsində bəlli olub ki, rüşvət qalmaqalında adı çəkilən eks-prezidentə verilən ittihamlardan heç birinin sübutu yoxdur.

Məlumat üçün deyək ki, artıq uzun müddətdir Fransanın keçmiş prezidenti Nikola Sarkozi LOreal firmasının varisi Lilian Betankurdan küllü miqdarda pul mənimsəməkdə ittiham edilirdi. Qanunsuz mənimsənilən pulların miqdarının milyon dollarlar olduğu iddia olunurdu.

Aynur Hüseynova
AzNews.az