Qoyun toxumasından suni qulaq hazırlandı - ilk dəfə

Alimlər əsl qulağa bənzəyən süni qulaq hazırlayıblar.


Qoyun toxumasından və lülə hüceyrələrindən istifadə edilməklə ərsəyə gətirilmiş süni qulaq 3D printer vasitəsilə hazırlanıb.

İlk əvvəl kif göbələyi formasında hüceyrələr alan alimlər sonradan formanı inək və qoyun hüceyrələri, habelə qığırdağı ilə doldurublar.
Alınmış hüceyrələr siçovulun bədəninə implantasiya olunub, 3 ay ərzində tam hazır vəziyyətə gətirilib.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Massaçusets Universitetinin alimlərinin laboratoriyada hazırladıqları və 3D printerdə çap olunan süni qulaq gerçək qulaqdan çox az fərqlənir.

Amerikalı alimlərin dediklərinə görə, xüsusi formaya salınmış hüceyrələrin təbii böyüməsi nəticəsində alınan süni qulaq transplantasiya əməliyyatlarında implantat qismində rahatlıqla, effektiv şəkildə istifadə oluna bilər.

Süni qulağın alınması prosesində Massaçusets Universitetinin alimləri ilə yanaşı, Massachusetts General Hospital-ın cərrahı Tomas Servantes və onun həmkarları da iştirak ediblər.

Prinston Universitetinn alimlərin dediklərinə görə, son ixtira "bionik qulaq"dır və normal insan qulağının eşitdiyi radiotezlikdə səsləri qəbul edə bilər.

Bir qədər əvvəl isə Kornuell Universitetinin alimləri süni qulağın ilkin versiyasını hazırlamağa nail olublar.

AzNews.az
image description image description image description