Ən uzun “afro“ saçlı qadın - Foto

Saçlarının uzunluğu 128 santimetr olan bu qadın düynada "afro" stilli saçlara malik rekordçu sayıla bilər.

Evin Duqasın adı artıq "Ginnnesin Rekordlar Kitabı"na düşüb.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, 37 yaşlı Evinin dediyinə görə, saçların yuyulub təmzlənməsi iki gün çəkir. Bu zaman o, 5 flakon kondisionerdən istifadə edir.

ABŞ-ın Luiziana ştatındakı Napoleonvill şəhərində yaşayan Evinin dediyinə görə, saçlarını 14 ildən bəri belə saxlayır və "afro" saç düzümünə əsla qayçı vurmur.

"Saçlarımın elastikliyini düzəldərək uzadanda onlar lap aşağı enir. Lakin saçlarımı düz açaraq dolaşmaq istəmirəm. "Afro" saç düzümü çox xoşuma gəldiyindən belə gəzirəm və özünü də pis hiss etmirəm. Doğrudur, uzun saçlar ciddi qulluq tələb edir, onları yumaq, təmizləmək, səliqəli saxlamaq məşəqqətdir.

Olsun. "Gözəllik qurban tələb edir" deməyiblər?! Belədə özümü çox gözəl hiss edirəm", - Evin Duqlas bildirib.

Evin onu da söyləyib ki, 62 yaşlı anası Debora Duqas da gənclik illərində, 1960-cı illərdə "afro" stilli saç düzümünə üstünlük vermişdi.


AzNews.az
image description image description