Suriyada dəhşətli qətliam: 430 ölü

430 ölü Suriyada prezident Bəşər Əsədə tabe olan ordunun Dəməşqin şərqində yerləşən Quta qəsəbəsində kimyəvi silahdan istifadə etdiyi və nəticədə 430 nəfərin öldürüldüyü bildirilir.

AzNews.az-ın xarici mətbuata istinadən xəbərinə görə, bu barədə iddianı Suriya İnqilab Komitəsinin rəhbərliyi irəli sürüb. Məlumata görə, Əsəd gücləri Şərqi Qutada 6 fərqli hədəf hücum ediblər. Hücum zamanı kimyəvi silahlardan istifadə edilib. Atışmaların yekununda 430 nəfərin öldüyü, 1300-dən çox adamın isə yaralandığı bildirilir.

Anar
AzNews.az