- Köhnə - Dünya
- 31 Avqust 2013 18:03
- 3 752
Putindən Obamaya Suriya iradı
Onun sözlərinə görə, Suriyada əsgərlər hazırda hücum mövqeyindədirlər və müxtəlif bölgələrdə müxalif qüvvələri mühasirəyə alıblar. "Bu şərtlər altında onların kimyəvi silahdan istifadə etməsini iddia etmək axmaqlıqdır".
Putini İngiltərənin Suriya müdaxilə barədə səsvermə keçirməsidə çox təəcübləndirib. "ABŞ-dan olan həmkarlarımız Suriya hökumətinin kimyəvi silah istifadə etdiyini və əllərində sübutların olduğunu deyirlər. Əgər belə sübutlar varsa, bunu BMT mütəxəssislərinə və Təhlükəsizlik Şurasına göstərsinlər. Bunu edə bilmirlərsə, sübutları yox deməkdir".
Rusiya lideri deyib ki, ABŞ dəfələrlə bu kimi təşəbbüslərlə çıxış edib: "Ancaq onu təşəbbüsləri heç olmasa bircə dəfə, Əfqanıstanda, İraqda, Livanda problemləri həll etdimi? Axı orada bizim tərəfdaşlarımızın can atdığı nə sakitlik, nə də demokratiya var, heç elementar vətəndaş sülhü və əmin-amanlıq da yoxdur ".(anspress)
AzNews.az