Suriyaya kimyəvi hücumu ABŞ həyata keçirib- İDDİA

Suriyaya gözlənilən hücum və Bəşər Əsədə kimyəvi silahın İngiltərə tərəfindən satılması ilə bağlı iddiaların ardınca Britanya mətbuatında maraqlı material yer alıb.

AzNews.az "The Telegraph"a istinadən xəbər verir ki, Dəməşqdə kimyəvi silahdan istifadəyə dair yeni faktlar ortaya çıxıb. Hakerlərdən biri Amerika kəşfiyyatına aid danışıqları ələ keçirərək yayıb.

Ordu polkovniki Entoni Makdonaldın Suriyada kimyəvi silahdan istifadə ilə bağlı telefon danışında maraqlı məqamlar var. Belə ki, kəşfiyyatla əlaqəli olan polkovnik sözügedən danışığı avqustun 22-də Yeveni Ferstlə aparıb.

Buna dayanaraq Britaniya nəşri Suriyada kimyəvi silahdan istifadənin ABŞ-ın Mərkəzi Kəşfiyyat idarəsi iə bağlılığını istisna etməyib.

Elnarə
AzNews.az