Suriyada 2963 nəfər işgəncə qurbanı olub

Suriyada rejim əleyhinə etirazların başladığı 2011-ci ilin mart ayından etibarən təhlükəsizlik qüvvələrinin işgəncəsi nəticəsində 2963 nəfər dünyasını dəyişib.

Bu barədə məlumatı Suriya İnsan Haqları Təşkilatı (SNHR) yayıb. AzNews.az xəbər verir ki, etirazların başladığı gündən bəri tətbiq olunan işgəncələr sistemli şəkildə davam edir. Nəticədə aralarında 87 uşaq, 27 qadın və Azad Suriya Ordusunun 124 üzvünün olduğu 2963 nəfər həyatını itirib. Bu dövr ərzində 215 min adamın həbs edildiyi , onlardan 85 min nəfərin aqibətinin məlum olmadığı da hesabatda əksini tapıb. Ölkədə 18 yaşdan aşağı 9 min məhbus var. Onlardan 4500-ü qadın, 1200-ü isə şagirddir. Təşkilatın hesabatına görə, həbsxanada şərait olduqca pisdir. 15 kvm kamerada 45 nəfər saxlanılır və onlara davamlı olaraq işgəncə verilir.

Elman
AzNews.az