Bəşər Əsəd atəşkəs elan edəcək

Bəşər Əsəd yaxın günlərdə atəşkəs elan edəcək. Bu barədə məlumatı Suriyanın baş nazirinin müavini Qədri Cəmil verib.


"Guardian" qəzetinin yazdığına görə, Əsəd hökuməti 2-ci Cenevrə konfransında belə bir təkliflə çıxış edəcək.

Baş nazirin müavini indiki şəraitdə nə hakimiyyətin, nə də silahlı müxalifətin vətəndaş müharibəsində qələbə qazanmaq imkanında olduğunu bildirib.

Suriya rəsmisinin sözlərinə görə, müharibə ölkəyə 100 milyard dollar ziyan vurub.

Elnur
AzNews.az