Nigeriya paytaxtında ölənlərin sayı 7-yə çatdı

"Reyter" agentliyi xəbər verir ki, Nigeriyanın paytaxtı Abuca şəhərində "Boko Haram"radikal islamçı qruplaşmanın döyuşçüləri ilə təhlükəsizlik qüvvələri arasindakı atışma zamanı azı 7 nəfər adam həlak olub. Agentlik yerli xəstəxanadan ölənlərin içərisində təhlükəsizlik qüvvələrindən də olub-olmadigi barədə məlumat ala bilməyib.

"Boko Haram" bu il ölkə paytaxtına birinci dəfə idi ki, hücum edib. Qeyd edək ki, qruplaşma Nigeriyanın şimalinda fəaliyyət mərkəzi seçib və bütün ölkədə şəriət qaydalarina əməl olunmasına nəzarət edir. May ayında Nigeriya prezidenti Qudlak Conatan "Boko Haram"ın hücum təhlükəsinə görə ölkənin üç şimal -şərq ştatında fövqəladə vəziyyət elan edib.

AzNews.az