Bunlarla uçmayın; Aviareyslərlə bağlı maraqlı ARAŞDIRMA

Dünyanın ən çox gecikməli uçuşlarını həyata keçirən 10 hava yolunun siyahısı hazırlanıb.


1. Siyahıya Çin hava yolu şirkəti olan "Air China" rəhbərlik edir. Bu şirkətin bütün səfərlərinin 40.5 faizi gecikir. 20.7 faiz uçuş 45 dəqiqə gecikmə ilə müşayiət olunur. 19.8 faiz uçuşda isə gecikmələr hətta bundan da artıq olur.

2. Birləşmiş Ərəb Əmirliklərinin öncül aviaşirkəti "Etihad Airways" bütün uçuşlarının 35.9 faizində gecikmə yaşanır. "Etihad Airways" uçuşlarının 22.6 faizi 45 dəqiqəyə qədər, 13.3 faizi isə daha çox gecikmə ilə reallaşır.

3. Birləşmiş Ərəb Əmirliklərinin digər hava yolu şirkəti "Emirates" ən çox gecikmələri olan üçüncü şirkətdir. "Emirates"in səfərlərinin 33.2 faizində gecikmələr olur. 45 dəqiqə gecikən səfərlər bütün uçuşların 23.7 faizini təşkil edir.

4. İngiltərə şirkəti "British Airways" də uçuşlarının 29.6-faizini gecikmə ilə həyata keçirir. Bu şirkətin uçuşlarının 19.6 faizində 45 dəqiqəyə qədər gecikmə müşahidə olunur.

5. ABŞ-ın ən böyük hava yolu şirkətləri arasında olan "Amerikan Airlines" də bütün uçuşlarının 24.4 faizini gecikmə ilə həyata keçirir.

6. ABŞ-ın şirkəti" United Airlines" də siyahıda yer alıb. Bu şirkətin bütün səfərlərinin 22 faizində gecikmələr var.

7. Fransa və Hollandiya hava yolu şirkətləri konsorsiumu olan "Air France-KLM" də bütün səfərlərinin 20.8- faizinin gecikməsi ilə siyahıda yerini alıb.

8. 2013-ün ilk yarısında Türk Hava Yollarının bütün səfərlərinin 20.4 faizində gecikmə qeydə alınıb. Bu səfərlərdən 15.3 faizi 45 dəqiqə və ya daha az gecikib.

9. Almaniyaya məxsus "Lufthansa" hava yolu şirkətinin bütün uçuşlarının 20 faizində gecikmə müşahidə olunur. Uçuşların 6.3 faizi isə ya 45 dəqiqədən çox gecikib, ya da ümumiyyətlə ləğv edilib.

10. İspaniyanın "IBERIA" hava yolu şirkəti siyahıda sonuncu yeri tutur. Bu şirkətin təyyarə səfərlərinin 19.7 faizində gecikmələr olur.

Elcan Məmmədov
AzNews.az