4 prezident görüşüb

Ukraynanın paytaxtı Kiyev şəhərində ölkənin hazırkı prezidenti Viktor Yanukoviç 3 eks prezidentlə görüşüb.
ANS PRESS-in "Komsomolskya pravda" qəzetinə istinadən verdiyi xəbərə görə, bu informasiyanı eks prezident Viktor Yuşenkonun mətbuat katibi, "Bizim Ukraina" partiyasının siyasi şurasının sədri İrina Vannikova yayıb.

Onun sözlərinə görə, Yanukoviç görüşə Viktor Yuşenkonu, Leonid Kuçmanı və Leonid Kravçuku dəvət edib. Bu görüşdən sonra keçirilən "dəyirmi masa"ya siyasi partiyaların və ictimaiyyətin nümayəndələri, elm adamları, yaradıcı insanlar və tələbə hərəkatının üzvləri dəvət olunub. Xatırladaq ki, "dəyirmi masa"da ölkədəki hazırkı durum müzakirə edilib. Mənbənin bildirdiyinə görə, tədbirə Kiyevdə milliyətçi kimi tanınan Tyaqnibok çağırılmayıb.

Bu arada məlum olub ki, Viktor Yanukoviç Maydanda saxlanılan müxalifətçilərin buraxılmasına söz verib.

Xatırladaq ki, Kiyevdə Avrointeqrasiyaya dəstək nümayişləri davam edir.


AzNews.az