Devid Kemeron da Soçiyə getməyəcək


Böyük Britaniyanın baş naziri Devid Kemeron da Soçidə keçiriləcək qış oyunlarına getməyən qərb liderlərinin cərgəsinə qoşulub.
"İndependent" qəzeti xəbər yayıb ki, Kemeronun qərarı heç də Soçi - 2014 oyunlarını baykot etməyə hesablanmayıb və Rusiyanın gey - təbliğat qadağası ilə əlaqəsi yoxdur.
Qəzetin xəbərinə görə Soçiyə gedəcək nümayəndə heyətinin tərkibi hələ ki, dəqiqləşməyib, amma o dəqiqdir ki, bu tərkibdə ölkənin mədəniyyət naziri olacaq.
Xatırladaq ki, Soçi oyunlarına getməkdən ilk əvvəl Almaniya, Fransa və ABŞ prezidentləri imtina ediblər.Buna baxmayaraq homoseksual olduğunu gizlətməyən tennis çempionu Billi Cin Kinq Amerika nümayəndə heyətinin tərkibinə qatılıb.

Əli
AzNews.az