Ana oğlunu öldürdü: evə gec gəldiyinə görə


Rusiyanın Krosnoyarks vilayətində ana evə gec qayıdan oğlunu öldürüb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı oğlunun evə gec gəlməsi 51 yaşlı qadının xoşuna gəlməyib.
Buna görə də ana ilə oğlu arasına mübahisə düşüb və ana oğlunu bıçaqla vurub. Aldığı xəsarətdən 30 yaşlı gənc vəfat edib.

Hadisə barədə polisə qonşu qadın xəbər verib. Məlumata görə, oğlunu evə gec gəldiyinə görə öldürən ana əvvəllər də məhkum edilib.

Elnur
AzNews.az