Livanda yeni hökumət formallaşıb

Livanda 10 ay sürən siyasi böhrandan sonra yeni hökumət formallaşıb.

APA-nın "Al Arabiyya" agentliyinə istinadən verdiyi xəbərə görə, Livan Nazirlər Kabinetin baş katibi Suxeyl Bucinin açıqladığı hökumətə həm şiələrin "Hizbullah" və onun tərəfdar təşkilatlarının təmsilçiləri, həm də sunniləri təmsil edən keçmiş baş nazir Saad Haririnin nümayəndələri yer alıb.

Livanın baş naziri postunu keçmiş mədəniyyət naziri 68 yaşlı Tammam Salam tutacaq. Bu vəzifədə o Nacib Mikatini əvəz edəcək.


AzNews.az