- Köhnə - Dünya
- 15 Mart 2014 19:59
- 4 250
Xarkov universitetində partlayış - 3 yaralı

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, yerli polisin açıqlamasına əsasən, partlayış bu gün yerli vaxtla 14.50-də (Bakı vaxtı ilə 16.50-də) baş verib.
Açıqlamada bildirilir ki, partlayış nəticəsində bir müəllim və Kimya fakültəsinin 2 tələbəsi xəsarət alıb. Xəsarətlərin yüngül olduğu bildirilir, yaralılara hadisə yerində tibbi yardım göstərilir.
Partlayışın baş vermə səbəbləri müəyyənləşdirilir.
AzNews.az