Avstraliyada qəribə hadisə

Avstraliyanın xəstəxanalarından birində qəribə bir hal yaşanıb.



Xəstəxana səhvən sahə həkimlərinə sağ olan 200 dən çox xəstənin dünyasını dəyişdiyi barədə məktublar yollayıb. Melburn şəhərində yerləşən Oustin Xəstəxanası xəstələrin stasionardan buraxıldığı haqqında məlumatlandırmaq əvəzinə, sahə həkimlərinə onların öldüyü barədə faks göndərib.

Həqiqət ortaya çıxan kimi, xəstəxana rəhbərliyi dərhal üzrxahlıq edərək, xətanın insan faktoru ilə əlaqədar olduğunu bildirib.

Euronews