Suriya-Türkiyə sərhədində törədilmiş partlayış nəticəsində 7 nəfər həlak olub

Suriya-Türkiyə sərhədində törədilmiş partlayış nəticəsində azı 7 nəfər həlak olub.





APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, terror aktı Hələb əyaləti Aazaz şəhəri yaxınlığındakı "Bab əl Salam" sərhəd keçid məntəqəsinin yanında törədilib.

Məlumata görə, avtomobilin partladılması nəticəsində yaralıların da olduğu bildirilir. Yaralıların sayı və partlayışın kim tərəfindən törədildiyi barədə məlumat verilmir.


AzNews.az