Kral qəzaya düşdü

İsveç kralı Karl XVI Qustav Drottnihol iqamətgahına getdiyi zaman avtomobil qəzasına düşüb.



AzVision.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, kralın olduğu avtomobil yolda hərəkət edən digər avtomobilə çırpılıb.

"Kralın içərisində olduğu avtomobilə ciddi ziyan dəyib, lakin krala heç bir xəsarət dəyməyib" – deyə, Krallığın mətbuat xidmətinin rəhbəri Marqret Turqren bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, kral özü qəzaya uğrayan avtomobildən düşərək digər avtomobilə əyləşib.


AzNews.az