Sidney və Brisben şəhərlərində 15 nəfər həbs edilib Sidney və Brisben şəhərlərində 15 nəfər həbs edilib

Tarixin ən böyük anti-terror əməliyyatı keçirildi

Sidney və Brisben şəhərlərində 15 nəfər həbs edilib



Avstraliyada ölkə tarixində ən böyük anti-terror əməliyyatı keçirilib. Xüsusi-təyinatlı dəstələrin tam heyətdə yüzlərlə əməkdaşı Sidney və Brisben şəhərlərində reydlər həyata keçiriblər. Reydlər nəticəsində 15 nəfərin həbs edildiyi bildirilir.

Bu yaxınlarda Avstraliya son 10 ildə ilk dəfə olaraq, terror təhlükəsi səviyyəsini orta səviyyədən yüksək səviyyəyə qaldırıb. Bundan sonra Kvinslend ştatında Suriyadakı ekstremistlərlə əlaqəsinin olmasında şübhəli bilinən 2 nəfər həbs edilmişdi.

Avstraliya hökuməti silahlı qruplaşmaların tərkibində döyüşmək üçün Suriya və İraqa getdikdən sonra vətənə qayıdan Avstraliya vətəndaşlarının törədə biləcəyi təhlükədən dolayı narahatdır.


AzNews.az