Oktyabr ayının 10-da Belarusun paytaxtı Minsk şəhərində MDB ölkə başçılarının sammiti keçiriləcək. Oktyabr ayının 10-da Belarusun paytaxtı Minsk şəhərində MDB ölkə başçılarının sammiti keçiriləcək.

Prezidentlər Minskdə görüşəcək

Oktyabr ayının 10-da Belarusun paytaxtı Minsk şəhərində MDB ölkə başçılarının sammiti keçiriləcək.



AzNews.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin ikinci görüşündə bildirib: "Minskdə MDB ölkələrinin sammitində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq. Əsasən də MDB ölkələrinin təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığa diqqət ediləcək".

Sammitdə bu gün iclasda müzakirə olunacaq məsələlərə baxılacağı bildirilib. Müzakirə olunacaq məsələlər arasında terrorçu "İslam dövləti" də daxil olmaqla, yeni təhlükələrin meydana gəlməsi yer alacaq.

Xatırladaq ki, may ayının 30-da Minskdə MDB sammiti keçirilib. MDB dövlətlərinin baş nazirlərinin iştirakı ilə keçirilən sammitdə idman, fövqəladə hallarda reaksiya sahəsində, innovasiya və digər sahələrdə birgə fəaliyyətə dair 20 məsələ müzakirə olunub.


Aydan Axundova
AzNews.az