Bildiyimiz kimi Amerikalı aktyor Corc Klouni dünən gece Venesiyada Livan əsilli Əməl Alamuddin ilə evləndi. Bildiyimiz kimi Amerikalı aktyor Corc Klouni dünən gece Venesiyada Livan əsilli Əməl Alamuddin ilə evləndi.

Corc Klounin həyat yoldaşı kimdir?

Bildiyimiz kimi Amerikalı aktyor Corc Klouni dünən gece Venesiyada Livan əsilli Əməl Alamuddin ilə evləndi.


AzNews.az xəbər verir ki, tanınmış aktyorun həyat yoldaşı Əməl Alamuddin özünə uğurlu karyera quran qadınlardandır. İngilis, fransız və ərəb dillərini mükəmməl bilən Əməl Nyu-York Universitetinin məzunudur.36 yaşlı qadın beynəlxalq hüquq məsləhətxanasının ixtisaslaşmış nüfuzlu bir vəkilidir.

O Suriyada Birləşmiş Millətlər Təşkilatının insan hüquqları tərəfindən başladılmış terrorla mübarizə əməliyyatlarında müvəffəqiyyətlə iştirak edib.

Alamuddinin ailəsi Beyrutda baş verən müharibələrdən qaçıb Londana sığınıb. Əməlin anası Baryan Alamuddin ərəb qəzeti olan "Əl-Həyat"ın redaktorudur. Atası Rəmzi Alamuddin isə Beyrut Amerika Universitetinin professorudur.

Qeyd edək ki, dillərə dastan olan toy mərasimi Venesiyada7 ulduzlu tarixi bir oteldə keçirilib. Dünya ulduzlarının da dəvətli olduğu mərasim sabah da davam edəcək.


Nərmin Məmmədli
AzNews.az
image description image description image description image description image description image description