- Köhnə - Dünya
- 6 Yanvar 2015 16:54
- 6 781
İstanbulda 2 metrobus toqquşdu – Yaralı var (VİDEO)
İstanbulda bir metrobusa arxadan başqa bir metrobus dəyib.
AzNews.az xəbər verir ki, qəza nəticəsində 3 sərnişin yaralanıb.


Hadisə Edirnekapı metrobus dayanacağında baş verib. Metrobus ani əyləci basıb. Bu zaman ona arxadan gələn başqa bir metrobus dəyib. Qəzadan sonra çəkiliş olmasını istəməyən təhlükəsizlik əməkdaşları ilə mətbuat nümayəndələri arasında qalmaqal yaranıb.
Qəza saat 12.00 radələrində qeydə alınıb. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.