BMT-nin Parisdə keçirilən iqlim konfransı Fransa üçün görünməmiş təhlükəsizlik tədbirləri ilə müşahidə olunur. BMT-nin Parisdə keçirilən iqlim konfransı Fransa üçün görünməmiş təhlükəsizlik tədbirləri ilə müşahidə olunur.

Paris qala kimi qorunur – Bütün güclər səfərbər olunub

BMT-nin Parisdə keçirilən iqlim konfransı Fransa üçün görünməmiş təhlükəsizlik tədbirləri ilə müşahidə olunur.


Məlum olduğu kimi, 13 noyabrda Parisdə baş verən terror aktlarından sonra Fransada fövqəladə vəziyyət elan olunub.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, dünya liderlərinin paytaxta gəlişindən sonra isə Paris dövrələnmiş qalanı xatırlatmağa başlayıb. Xarici nümayəndəliklərin qarşılanması üçün Le-Burje, Ruasi-Şarl-de-Qoll, Orli hava limanları, həmçinin Evre və Krey hərbi aerodromları ayrılıb.
Paris sakinlərinə şəxsi nəqliyyatdan istifadə etməmək tapşırılıb. Təxminən 1300 polis və jandarma nəqliyyat qovşaqlarında növbə çəkir. Ümumilikdə Parisdə 6300, paytaxt regionunda - 15600, bütün ölkə ərazisində 120 min güc strukturları əməkdaşları və hərbçilər gecə-gündüz növbə çəkirlər.

Aydan AXUNDOVA
AzNews.az