“Türkiyə və Səudiyyə Ərəbistanı Suriyada hərbi əməliyyatlara başlayır”

Türkiyə və Səudiyyə Ərəbistanı Suriyada hərbi əməliyyatlara başlayacaq.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Baş nazir bildirib ki, Türkiyə Səudiyyə Ərəbistanı krallığı və başqa yaxın ölkələrlə birgə Suriya Ərəb Respublikasının ərazisində terrorçuluğa qarşı yerüstü hərbi əməliyyatlara başlayacaq. Bu haqda bu gün Qətərin "Əl-Cəzirə" telekanalı öz rəsmi "Twitter" hesabında bildirib. Hələ heç yerdə bu informasiya yayılmayıb. Həmçinin bu barədə hələ rəsmi təsdiq etmə də olmayıb.

Ötən ayın sonlarında Livan mətbuatı Suriyada hərbi əməliyyatlar keçirən Rusiya hərbi kontinigentini təşvişə salacaq iddialar yaymışdı. Livanın "əl Əxbər" qəzeti Türkiyənin və Səudiyyə Ərəbistanının Rusiya bombardımanına qarşı müdafiə olunmaq üçün Suriya müxalif qüvvələrinə raket verəcəyini, veriləcək silahların Ukrayna ordusuna aid "SAM-8" və "SAM-9" raketləri olacağını qeyd etmişdi.

"Türkiyə və Səudiyyənin planına görə, Ukrayna ordusundan alınacaq raketlər Suriyanın şimalındaıkı müxalif qüvvələrə verilərək onların Rusiyanın qırıcılarına və helikopterlərinə qarşı silahlanması təmin olunacaq." - deyə qəzetin xəbərində yazılıb.

Plana, Rusiya ilə müharibə şərasitində olan Ukraynanın da dəstək verdiyini qeyd edən qəzet bildirib ki, bu barədə məlumat əldə edən Rusiya bu istiqamətdə strateji tədbirlər görməyə başlayıb

Sentyabrın 30-da Rusiya hərbi aviasiyası Suriyada hərbi əməliyyatlara başlayıb. Rusiya tərəfi əməliyyatların hədəfinin İŞİD terror qruplaşması olduğunu bildirsə də bombardımanlar nəticəsində çox sayda dinc əhalinin öldüyü də bildirilir. Bu əməliyyatlar zamanı rus pilotlar bir neçə dəfə Türkiyənin hava sərhədini pozmuş, nəticədə iki ölkə arasında siyasi gərginlik yaşanmışdı.

Noyabrın 24-də Türkiyə qırıcıları Suriya ilə sərhədə Rusiyaya məxsus hərbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhədi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir. Vurulan "Su-24"də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.

Suriya ilə sərhədə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da pik nöqtəyə çatıb. Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrov sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: "Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib".

Həmçinin Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfərlərini təxirə salmaları barədə xəbərdarlıq edib. Rusiyanın türklərə ölkə girişində yaratdığı çətinliklər, ölkədə çalışan türk pasportlu iş adamlarına qarşı polis yoxlamaları Türkiyəni də hərəkətə keçirib. XİN təcili elan yayaraq vətəndaşlara xəbərdarlıq edib: "Vətəndaşlarımızın adıçəkilən ölkəyə təcili və ciddi önəm kəsb etməyən səyahətlərini təxirə salmasında yarar var".

Rusiyada olan Türkiyə vətəndaşlarına hər hansı problem yaranacağı təqdirdə səfirlik və ya konsulluqlarla əlaqə saxlamaq tövsiyyə edilir.

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb.Rusiya vətəndaşları bu ölkəyə səfər etməkdən çəkinməyə çağrılıb.


Türkiyə xəritədə