ABŞ-da karbohidrogen ehtiyatlarının ixracına qoyulan 40 illik embarqonun ləğv edilməsindən sonra ilk neft tankeri Avropaya çatıb. ABŞ-da karbohidrogen ehtiyatlarının ixracına qoyulan 40 illik embarqonun ləğv edilməsindən sonra ilk neft tankeri Avropaya çatıb.

ABŞ-ın neft tankeri Avropada – 40 illik embarqodan sonra

ABŞ-da karbohidrogen ehtiyatlarının ixracına qoyulan 40 illik embarqonun ləğv edilməsindən sonra ilk neft tankeri Avropaya çatıb.


AzNews.az xəbər verir ki, bu barədə Financial Times qəzeti yazıb.

ABŞ-ın "ConocoPhillips" şirkətinə məxsus "Theo T" tankerinin Avropaya çatdırdığı neft dünyanın ən böyük neft ticarətçilərindən biri - İsveçrə-Holland şirkəti Vitol üçün nəzərdə tutulub.

Məlumatda qeyd olunur ki, ABŞ-dan karbohidrogen ehtiyatlarının ixrac edilməsi bu ölkədə təkcə şist neftinin deyil, Kanadadan xammal da daxil olmaqla digər markaların ixracına imkan verəcək.

Xatırladaq ki, ABŞ-da karbohidrogen ehtiyatlarının ixracına 1975-ci ildə - Yaxın Şərqdə baş verən enerji böhranı dövründə embarqo qoyulub. Ötən ilin dekabrında ABŞ konqresi 2016-ci il üzrə federal büdcəni qəbul edib. Büdcəyə ABŞ-da neft ixracına qoyulan qadağanın ləğv edilməsi barədə müddəa daxil edilib.

Aydan AXUNDOVA