Bu adam utanmadan deyir ki, cəmi bir dəfə Niyaməddin Orduxanlını 2016-cı ildə məhkəməyə verib Bu adam utanmadan deyir ki, cəmi bir dəfə Niyaməddin Orduxanlını 2016-cı ildə məhkəməyə verib

Aslan İsmayılov məhkəmədə Niyaməddin Orduxanlıya uduzdu

Bu adam utanmadan deyir ki, cəmi bir dəfə Niyaməddin Orduxanlını 2016-cı ildə məhkəməyə verib

Abşeron rayonunun hakimi Vaqif Həsənov daha bir ədalətli qərar çıxarıb.

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı AzNews.az-a açıqlamasında bildirib.

O bildirib ki, 2016-cı ildən bu günə kimi Aslan İsmayılov adlı şəxs onun barəsində 6 dəfə Səbail, 3 dəfə də Abşeron rayon məhkəməsinə "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə təqsirlinib bilinib məsuliyyətə cəlb edilməsinə dair" şikayət ərizəsi verib.

"Barəmdə bir dəfə də Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edib. 22 may 2019-cu ildə isə Azərbaycan Respiblikasının Ali Məhkməsində şikayətə baxılacaq. Gördüyünüz kimi, Aslan İsmayılov adlı bu şəxs 3 il ərzində 11 dəfə məhkəmə orqanlarına müraciət edib. Bəli 11 dəfə! Ancaq bu adam utanmadan internet kanalı olan Obyektiv.tv-ə çıxaraq deyir ki, cəmi bir dəfə Niyaməddin Orduxanlını 2016-cı ildə məhkəməyə verib və hakimdən də üzr istəyib gedib.

Bu yaxınlarda həmin çıxışın videosunu yayacam. Bu adamın necə ağ yalan danışdığını indi hər birinizə rəsmi olaraq sübut edəcəm. İllər ərzində məhkəmələrin apardığı prosesin nəticəsi olaraq çıxarılan qərarları paylaşıram. ( Rəy bölümündə verilən qərarları yayıram.) Özünüz baxın. Sonuncu məhkəmə prosesi 08.04.2019-cu ildə Abşeron rayonunun hakimi Vaqif Həsənovun və məhkəmənin katibi Bəxtiyar Qəhrəmanovun rəhbərliyi ilə baxılıb. Hakim Vaqif Həsənov ədalətli olaraq Aslan İsmayılovun xüsusi ittiham qaydasında şikayətinin məhkəmə baxışının təyin edilməsindən və öz icraatına qəbul edilməsindən imtina edib.

Nəzərinizə çatdırım ki, Aslan İsmayılov özünün Facebook səhifəsində uzun müddətdir ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərini - ədliyyə nazirini, baş prokuroru, cənab Prezidentin köməkçilərini, partiya sədrlərini, millət vəkillərini, mətbuat orqanlarının rəhbərlərini, tanınmış QHT sədrlərini, siyasətçiləri təhqir edir, aşağılayır və onların ünvanına hər cür böhtanlar yağdırır. Həmçinin də mənim barəmdə də təhqirlər işlədir. Hətta mətbuata verdiyi açıqlamasında " Niyaməddin Orduxanlını öldürmək istəyirəm" təhdidini də edir.

Bütün bunları hər kəsin gözü qarşısında edir. Təsəvvür edin, adını "hüqüqşünas" qoyub. Eyni məzmunlu ittihamı təkrarən tarixi dəyişdirərərək eyni rayon məhkəməsinə dəfələrlə müraciət edir. Yaydığım 07 noyabr 2018-ci il tarixli Abşeron rayon məhkəməsinin hakimi Şəfiyeva Cəmilə İbrahım qızının sədrliyi ilə baxılan işin tarixini dəyişdirərək 08.04.2019-cu ildə yenidən müraciət edir.

Fürsətdən istifadə edib, bu günə kimi ədalətli qərar qəbul edən Abşeron rayounun məhkəmə heyətinə, xüsusən də hakim Vaqif Həsənov və hakim Cəmilə Şəfiyevaya qanunun aliliyini əsas tutaraq verdikləri qərara görə dərin minnətdarlığımı bildirirəm!". Niyaməddin Orduxanlı belə deyib.

AzNews.az

image description image description