- EKONEWS
- 14 Noyabr 12:18
- 2 425
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürür
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürür.
Bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.
"Bu vəsait dayanıqlı və yaşıl layihələrin həyata keçirilməsinə yönəldiləcək", - deyə o qeyd edib.
Xatırladaq ki, Dünya Bankının məlumatına görə, 2060-cı ilə qədər Azərbaycanın karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq üçün təxminən 44 milyard ABŞ dolları tələb olunacaq və bu investisiyanın bir hissəsinin özəl sektordan, o cümlədən banklardan gəlməsi gözlənilir.
Z.Nuriyev deyib ki, Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun tənzimləyicisi kimi 2023-2026-cı illər üçün Dayanıqlı Maliyyə Yol Xəritəsini qəbul etməklə artıq fəal addımlar atıb: "Bu yol xəritəsi bank sektorunun davamlı maliyyəyə keçidi üçün strateji baxış təqdim edir".