Bu barədə idmançı “Instagram” səhifəsində yazıb. Bu barədə idmançı “Instagram” səhifəsində yazıb.
  • Fanat
  • 4 Noyabr 2018 11:16
  •  2 364

Makqreqor Taysonu təriflədi: “Əla marixuana becərir”

Bu barədə idmançı “Instagram” səhifəsində yazıb.

İrlandiyalı döyüşçü Konor Makqreqor bildirib ki, sabiq əfsanəvi boksçu Mayk Tayson əla marixuana becərir.

İrlandiyalı Taysonla Dublindəki “Heliks” arenasında görüşdüyünü qeyd edib. Makqreqor etiraf edib ki, sabiq boksçu onun barəsində xoşagəlməz ifadələr işlədib. Lakin onlar görüşərək narazılıqları aradan qaldırıblar.

“Yetişdirdiyin marixuana həqiqətən də gözəldir. Onun dadına baxmaq mənim üçün böyük şərəf idi”, - Makqreqor yazıb.

Qeyd edək ki, Tayson Kaliforniyada marixuana becərilməsi üçün 16 hektar torpaq sahəsi alıb və gələcəkdə onun emalı üzrə fabrik açmaq niyyətindədir.(oxu.az)

AzNews.az