- Fanat
- 7 Noyabr 2018 21:32
- 1 317
Həbibin meneceri Makqreqora hədə-qorxu gəldi

O, Konorun təhqirə son verməyəcəyi təqdirdə, irlandiyalını döyəcəyini bildirib.
UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdel-Əziz irlandiyalı idmançı Konor Makqreqorun təhqirlərinə cavab verib.
O, Konorun təhqirə son verməyəcəyi təqdirdə, irlandiyalını döyəcəyini bildirib.
“Ailəmi təhqir etdiyi üçün Makqreqorun sifətini dağıtmaq istəyirəm. Həbib artıq qisasını alıb, mən isə hələ yox”, - deyə o vurğulayıb.
Əli Əbdel-Əziz həmçinin Makqreqorla Floyd Meyvezeri güclü və ciddi rəqib saymadığını bildirib. (oxu.az)
AzNews.az