Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Krakliç isə “Keşlə”ni tərk edib. Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Krakliç isə “Keşlə”ni tərk edib.
  • Fanat
  • 4 Yanvar 2019 18:25
  •  1 233

“Keşlə” futbol klubunda YENİ TƏYİNAT

Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Krakliç isə “Keşlə”ni tərk edib.

“Keşlə” futbol klubunda yeni təyinat olub.

AzNews.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ötən yay futbolçu karyerasını başa vuran Rəşad Sadiqov bundan sonra əsas komandada baş məşqçi Tərlan Əhmədovun köməkçisi olacaq.

Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Krakliç isə “Keşlə”ni tərk edib. Serbiyalı mütəxəssisin karyerasını Çində davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, Rəşad Sadiqov ötən mövsüm "Neftçi"də baş məşqçi olmuş Tərlan Əhmədovun rəhbərliyi altında futbolçu kimi çıxış edib. O, futbolçu karyerası ərzində “Şəfa”, “Qarabağ”, MOİK, “Xəzər Lənkəran” və “Qəbələ” klublarının da formasını geyinib.

AzNews.az