ABŞ polisi tələb etdi - "Ronaldodan DNT testi götürülsün"

Futbolçu 10 il öncə amerikalı qızı zorlamaqda təqsirli bilinir.

ABŞ-ın Las-Veqas şəhərinin rəhbərliyi İtaliyanın "Yuventus" və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldodan DNT testi götürülməsini tələb edib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, futbolçu 10 il öncə amerikalı qızı zorlamaqda təqsirli bilinir.

"The Wall Street Journal" yazır ki, testin götürülməsi haqda tələb İtaliyaya göndərilib.

Futbolçunun vəkili Piter Kristiansen bu prosesdə qeyri-adi heç bir şeyin olmadığını bildirib: "İstintaq çərçivəsində standart polis araşdırmasıdır. Ronaldo həmişə deyib ki, 2009-cu ildə Las-Veqasda baş verənlər hər iki tərəfin razılığı ilə olub. Bu baxımdan DNT testinin müsbət çıxacağı adi bir hal olacaq".

Qeyd edək ki, ötən ilin oktyarında amerikalı Ketrin Mayorq adlı bir qız Ronaldo tərəfindən zorlandığını bəyan etmişdi.

Futbolçu isə deyilənləri təkzib edib. Belə bir informasiya yayılıb ki, guya Ronaldo qızın susması üçün ona 375 min dollar verib.

Daha iki qızın da Ronaldo tərəfindən zorlandığı açıqlanıb.

Babək Göyüş

© AzNews.az