Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
  • Fanat
  • 15 Yanvar 2019 13:10
  •  1 228

Azərbaycanlı futzalçıya bir illik cəza

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yığıncaqda futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçında baş verənlər də müzakirə olunub.

Oyunun 30-cu dəqiqəsində “Standard”ın futzalçısı Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Görüşün 38-ci dəqiqəsində “Star Karqo”nun futzalçısı Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.(qafqazinfo.az)

© AzNews.az