- Dünyanın halı
- 21:39
- 1 840
Zelenski: ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı sənədi tam hazırdır
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri yer alan sənədi tam hazırdır və Kiyev onun imzalanacağı tarix, yerin müəyyən edilməsini gözləyir.
Aznews.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski Litvanın paytaxtı Vilnüsə səfəri zamanı mətbuat konfransında bildirib.
Ukrayna lideri qeyd edib ki, 24 yanvarda Əbu-Dabidə Rusiya ilə aparılan danışıqlarda müəyyən irəliləyişə nail olunub. "Bizim üçün təhlükəsizlik zəmanətləri ilk növbədə ABŞ-nin təhlükəsizlik zəmanətləridir. Sənəd 100 % hazırdır və biz tərəfdaşlarımızdan onun imzalanacağı tarix və yerin təsdiqlənməsini gözləyirik", - Zelenski vurğulayıb.
O həmçinin bildirib ki, sənəd imzalandıqdan sonra ratifikasiya üçün ABŞ Konqresinə və Ukrayna parlamentinə göndəriləcək.