Gürcüstan Azərbaycana mal-qara satışından gəlirini 3 dəfəyə yaxın artırıb

Ötən il Gürcüstan Azərbaycana 27 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan ixrac edib.

AzNews.az xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 2,5 dəfə çoxdur.

Beləliklə Azərbaycan Gürcüstanın iribuynuzlu heyvan ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

2025-ci ildə Gürcüstan xarici ölkələrə 68,5 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan satıb ki, bu da bir il əvvəlki göstəricidən 25 % çoxdur.

Hesabat dövründə Gürcüstan İraqa 41,45 milyon ABŞ dolları və Özbəkistana 40 min ABŞ dolları dəyərində tədarük həyata keçirib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstandan xaricə 55 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan göndərilib ki, bunun da 11,2 milyon ABŞ dollarlığı Azərbaycanın payına düşüb.