• Fanat
  • 17 Yanvar 2019 16:18
  •  298

“Real Madrid” klubu son 6 ildə ən zəif mövsümünü keçirir

Madrid təmsilçisi İspaniyanın çempionatında 33 xalla 4-cü yerdə qərarlaşıb.

İspaniyanın “Real Madrid” futbol klubu son 6 ildə ilk dəfə bir mövsüm ərzində 10-cu dəfə məğlub olub.

Madrid təmsilçisi yanvarın 10-da İspaniya kubokunun səkkizdəbir finalında 3:0 hesabı ilə “Leqanes” klubunu məğlub edib. Lakin yanvarın 16-da “Leqanes”lə keçirilən cavab oyununda minimal hesabla məğlub olub – 0:1. “Real” klubu növbəti mərhələ vəsiqə qazansa belə, cari mövsümdə bütün turnirlərdə 10-cu dəfə meydançanı məğlub tərk edib.

Qeyd edək ki “Real Madrid” klubu sonuncu dəfə 2012-2013-cü il mövsümündə bütün turnirlərdə 11 oyunda məğlub olub.

Madrid təmsilçisi İspaniyanın çempionatında 33 xalla 4-cü yerdə qərarlaşıb.(AZƏRTAC)

© AzNews.az