Pol Poqba “Mançester Yunayted” ilə müqaviləsini bir şərtlə uzadacaq. Pol Poqba “Mançester Yunayted” ilə müqaviləsini bir şərtlə uzadacaq.
  • Fanat
  • 23 Yanvar 2019 11:24
  •  2 240

Pol Poqba “Mançester Yunayted”ə şərt qoydu

Pol Poqba “Mançester Yunayted” ilə müqaviləsini bir şərtlə uzadacaq.

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Poqba komanda ilə yeni müqavilə imzalamağa yaxındır.

“The Sun” nəşri xəbər verir ki, 26 yaşlı futbolçu Joze Mourinyo klubdan gedəndən sonra bu qərara gəlib. Fransız futbolçu klub ilə bir şərtlə yeni müqavilə imzalayacaq. Pol Poqba klub rəhbərliyindən uzunmüddətli müqavilə və həftəyə 500 min funt tələb edir.

Qeyd edək ki, Poqbanın hazırkı qazancı 290 min funt təşkil edir. Onun klub ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur. “Mançester Yunayted” klubunda hazırda ən çox qazanan Aleksis Sançesdir (480 min funt).

Cari mövsüm fransız 26 oyunda meydana çıxıb, 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.(AZƏRTAC)

© AzNews.az