- Fanat
- 28 Yanvar 2019 17:15
- 1 353
Minskdə “Qış gəzintisi”... - FOTOLAR
Buz kompozisiyasının təqdimat mərasimi çərçivəsində “Qış gəzintisi” festivalı keçirilib.
Bu il təşkil olunacaq II Avropa Oyunlarının Təşkilat Komitəsi “Drimlend” əyləncə parkında “Minsk-2019”un iki metrlik buz kompozisiyasının təqdimatını keçirib.
“Minsk-2019”un rəsmi saytı xəbər verir ki, buz kompozisiyasının təqdimat mərasimi çərçivəsində “Qış gəzintisi” festivalı keçirilib. Tədbirdə Təşkilat Komitəsinin əməkdaşları, tərəfdaşlar, oyunların gələcək könüllüləri və park ziyarətçiləri iştirak ediblər.
Mərasimdə iştirakçılar komandalara bölünüb, müxtəlif əyləncəli proqramlara qatılıblar.(AZƏRTAC)
© AzNews.az