Abidə “StubHub Center” arenasının girişində olacaq. Abidə “StubHub Center” arenasının girişində olacaq.
  • Fanat
  • 9 Fevral 2019 11:09
  •  1 466

Devid Bekhemin heykəli qoyulacaq - ABŞ-da

Abidə “StubHub Center” arenasının girişində olacaq.

ABŞ-ın “Los-Anceles Qelaksi” klubu sabiq futbolçusu Devid Bekhemə heykəl qoyacaq.

44 yaşlı veteran yarımmüdafiəçinin abidəsi Kaliforniyada, komandanın ev oyunlarını keçirdiyi “StubHub Center” arenasının girişində olacaq.

Qeyd edək ki, İngiltərə millisinin də sabiq futbolçusu olan D.Bekhem 2007-2012-ci illərdə Los-Anceles Qelaksi”nin heyətində 122 oyuna çıxıb və 19 qol vurub. O, karyerası ərzində vətənində “Mançester Yunayted”, İspaniyanın “Real Madrid”, İtaliyanın “Milan” və Fransanın PSJ klublarının da formasını geyinib. (Report)