Fərdi proqramda 33 ölkədən idmançılar yarışacaq. Fərdi proqramda 33 ölkədən idmançılar yarışacaq.
  • Fanat
  • 2 Mart 2019 18:24
  •  2 243

Bakıda bədii gimnastika üzrə Avropa Çempionatının püşkatması keçirildi - FOTOLAR

Fərdi proqramda 33 ölkədən idmançılar yarışacaq.

Milli Gimnastika Arenasında mayın 16-19-da Bakıda baş tutacaq bədii gimnastika üzrə Avropa Çempionatının püşkatması keçirilib.

Püşkatma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələri, həmçinin Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri və təşkilat komitəsinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə görə, böyük gimnastlar arasında fərdi proqramda Azərbaycan təmsilçiləri sayca 18-ci çıxış edəcəklər. Fərdi proqramda 33 ölkədən idmançılar yarışacaq.

Gənc komandaların qrup hərəkətləri proqramında isə Azərbaycan 16-cı çıxış edəcək. Bu kateqoriyada 22 ölkənin təmsilçiləri mübarizə aparacaq. (report)

AzNews.az

image description image description image description image description image description image description image description